Ayandan təqdirəlayiq addım – Ad gününü təxirə saldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Müğənni Ayan Babakişiyeva doğum günü şənliyini təxirə salıb.
Metbuat.az xəbər verir ki, bu barədə müğənni, “Instagram” hesabında paylaşım edib.
O, sərhəddəki gərginliklə bağlı doğum gününü qeyd etməyəcək: “Bu gün doğum günüm olsa da, vətənimin 3 şəhid verdiyi ərəfədə nəinki doğum günü qeyd edə, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı ilə oxuyurdum. 3 şəhidimiz var. Allahdan onlara rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hislər mənə yad deyil. Bu gün mən, əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu vətən keşiyində dayanan mərd oğulların , igid əsgərlərin sayəsindədir. Düşmənlə üzbəüz dayanan hər bir hərbçimizin evlərinə sağ- salamat dönmələrini arzu edirəm. Bu gün həm də Qədr gecəsidir. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar edirik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hərkəsə isə minnətdarlığımı bildirirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ayandan #təqdirəlayiq #addım #gününü #təxirə #saldı