fbpx

Ayaz Quliyev: “Azərbaycan millisində oynaya bilərəm”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan millisində oynaya bilərəm”.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev “RB Sport”a müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün sadəcə, anlaşmaq və yığmada çıxış edəcəyinə dair razılıq vermək lazımdır: “Gələcəkdə Rusiya yığmasında yox, bu məhz bu komandada oynayacağımı istisna etmirəm. Amma indi bu barədə 100% əminliklə danışmaq mümkün deyil. Çünki özüm də dəqiq bilmirəm. Çünki keçidimi birbaşa təfərrüatı ilə müzakirə etməyiblər, mənimlə şəxsən görüşməyiblər”.

O, Azərbaycan millisinin formasını geyinməkdə heç vaxt imtina etmədiyini söyləyib: “Bu fikir daim beynimdədir. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi. Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ayaz #Quliyev #Azərbaycan #millisində #oynaya #bilərəm

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin