Aygün Kazımova 25 il sonra onunla görüşdü
Xalq artisti Aygün Kazımova 1999-cu ildə lentə alınan “Tənha qadın” klipində çəkilən Xalq artisti Lətifə Əliyeva ilə görüşüb.
BEY.AZ xəbər verir ki, müğənniyə qonaq olduğu “İncə səhər” verilişində sürpriz edilib. Lətifə Əliyeva ekran işində rol almasından danışıb:
“Səsi çox şirindi. Klipə çəkildim və pulumu da verdi. Qayğılı həyat, iş, unutdum. Gedirəm mağazaya, mən girən kimi bu mahnı qoyulur. Hər yerdə məni görəndə bu mahnı səsləndirilir. Bir dəfə də mağzada qız dedi ki, siz oynayan klipdir. Səsin bal kimidir, yadda qalandır, unudulan deyil. Geyinir, parıldayır, amma onların içində onda bir sadəlik var”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |