fbpx

Aynur Bayramova həbs edildi

Rüya Yorumları burda

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər vəsatət qaldıraraq ev dustaqlığında olan Aynur Bayramovanın da həbs edilməsini tələb ediblər. Onlar bunu ziyanın ödənilməsinin gecikməsi ilə əlaqələndiriblər.

Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti zərərçəkmişlərin vəsatətini əsaslı sayıb.

Qərara əsasən, A.Bayramova məhkəmə zalında həbs edilib.

Rüya tabirlerini burdan oku

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. A.Bayramova xərçəng xəstəliyindən əziyyət çəkən övladının olduğunu deyərək etiraz edib.

Prosesə ara verilib.

***

Həbs edilən A.Bayramovanın vəziyyəti pisləşdiyinə görə proses təxirə salınıb.

Müttəhim konvoyun köməyi ilə istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, prokuror qətimkan tədbirinin həbslə əvəz edilməsinə ehtiyac görməyib. Lakin hakimlər şəxsin həbsini uyğun biliblər.

Xatırladaq ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu