fbpx

Aynur Rzayeva Azərbaycanın boks tarixinə adını yazdırdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın qadın boksçusu Aynur Rzayeva ölkənin boks tarixinə düşüb.

Federasiyadan Metbuat.az-a verilən məlumata görə, o, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə buna nail olub.

+81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının finalçısı 1/4 finalda Selin Li-Loya (Yeni Zelandiya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, ən azı bürünc medalı təmin edib.

Rüya tabirlerini burdan oku

Rzayeva mundiallarda yarımfinala qədər irəliləyən ilk azərbaycanlı qadın boksçu olub. Yığma dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığından, boksçu 9 illik uğursuz seriyaya da son qoyub.

Aynur Rzayeva yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Aynur #Rzayeva #Azərbaycanın #boks #tarixinə #adını #yazdırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu