Aysel Şükürova da partlayış baş verən klubda olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Tanınmış blogger Aysel Şükürova bu gün partlayış baş verən “Location Baku” gecə klubunda olub.
Metbuat.az-ın məlumatına görə, bloggerin keçmiş həyat yoldaşı Oqtay Əhmədov onun səhhəti haqda məlumat paylaşıb.
O bildirib ki, hazırda Ayselin yanındadır və bloggerin səhhəti normaldır: “Şükür, hər şey yaxşıdır. Narahat olmayın”.
Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə, bu gün baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.