fbpx

Aytacı 14 yaşlı oğlu ilə birlikdə öldürübmüş…

BEY.AZ informasiya agentliyi xəbər verir


5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın meyitinin Qəbələ rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qəbələ Rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Kəmalə Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin