fbpx

Azər yaşca bizdən kiçik olsa da ağsaqqal idi


“Azərin ürəyi çox təmiz idi, heç kimə pislik etməzdi”.

BEY.AZ xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı və dostu Ramil Babayev deyib.

O bildirib ki, Azər yaşca onlardan kiçik olsa da, ən ağsaqqal da o, idi:

“Həmişə bizə öyüd-nəsihət verirdi. Biz Allahdan möcüzə gözləyirdik, inanmırdıq ki, Azəri itirərik, amma olmadı. Vəfat səbəbi böyrək çatışmazlığı və beyninə qan sızması olub. Heç kimi incitmədən getdi”, – mərhumun dostu qeyd edib.

Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib.

Ətraflı Baku.tv-nin süjetində:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Ana Sayfa