Azərbaycan 56 milyonluq ayaqqabı alıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 56,2 milyon ABŞ dolları dəyərində ayaqqabı idxal edib.
BEY.AZ-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 milyon dollar çoxdur.
Qeyd edək ki, bu dövrdə Azərbaycan 153 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |