fbpx

“Azərbaycan Beynəlxalq Bankı” 272 min manat cərimələndi

Rüya Yorumları burda


Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni (ABB) 272 344 manat cərimə edib.

BEY.AZ bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Mərkəzi Bank haqqında” qanunla, qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” qaydası ilə tənzimlənir. Odur ki, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanılmasını təmin etməlidirlər.

15 oktyabr – 14 noyabr tarixlərini əhatə edən saxlama dövründə ABB manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq dövlət bankına qarşı maliyyə sanksiyası tətbiq olunub.



Rüya tabirlerini burdan oku






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu