fbpx

Azərbaycan BMT-də narkotiklərlə mübarizəyə dair qətnaməyə dəstək verdi



Azərbaycan və Ermənistanın BMT yanında daimi nümayəndəliyi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və qəbul olunan qətnamə layihəsinə birgə dəstək verib.

BEY.AZ xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı təklif etdiyi “Mərkəzi Asiya ölkələrinin narkotiklərlə bağlı problemlərin effektiv həlli və aradan qaldırılması üçün vahid cəbhə kimi çıxış etməyə və əməkdaşlığa hazır olması haqqında” qətnamənin konsepsiyası Assambleyada müzakirəyə çıxarılıb.

Müzakirələrdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Nərmin Ahəngəri bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin narkomaniya ilə bağlı çağırışlara cavab vermək və narkomaniyadan azad bir cəmiyyət yaratmaq, eləcə də dünyada narkotik probleminin effektiv həllinə və ona qarşı mübarizəyə töhfə vermək qətiyyətini alqışlayır:

“Azərbaycan Mərkəzi Asiyanın bütün beş ölkəsi ilə dostluq və konstruktiv əməkdaşlıq edir. Bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, turizm sahələrində sıx əlaqələrimiz var və əməkdaşlığımızın daha da genişləndirilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan bu qətnamənin sponsorudur. Biz inanırıq ki, bu qətnamə dünyada narkotik probleminin həllində regional əməkdaşlığı inkişaf etdirəcək”.

Qətnamə layihəsi Azərbaycan, Əlcəzair, Ermənistan, Bəhreyn, Belarus, Çin, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Qazaxıstan, Qırğızıstan, İran, İndoneziya, İordaniya, Mərakeş, BƏƏ, Oman, Pakistan da daxil olmaqla 30-dan çox üzv ölkə tərəfindən birgə dəstəklənib və qəbul olunub.

Sənəddə qeyd edilir ki, Mərkəzi Asiyada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq regionda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə ilə sıx bağlıdır.

Burada, həmçinin narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə kompleks tədbirlərin görülməsi, strateji təşəbbüslərin və fəaliyyət planlarının hazırlanması tələb olunur.

Qətnamədə, həmçinin narkotiklərlə bağlı problemlərin hərtərəfli həllində BMT, beynəlxalq maliyyə institutları və digər maraqlı tərəflərin Mərkəzi Asiya dövlətlərinə dəstəyinin genişləndirilməsinin vacibliyi vurğulanır.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin