fbpx

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazandı



Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və Serbiyanın Subotiça şəhərlərindəki beynəlxalq turnirdə 4 medal qazanıblar.

BEY.AZ xəbər verir ki, yığmanın məşqçisi Elvin Məmişzadənin rəhbərliyi altında yarışlara qatılan təmsilçilərimiz 2 gümüş və 2 bürünc medal əldə ediblər.

75 kq-da çıxış edən Abbasqulu Şadlinski Subotiçada ikinci, Sarayevoda üçüncü yeri tutub. Bosniya və Herseqovinada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin