Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.
Federasiyadan BEY.AZ-a verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Qasımzadə növbəti görüşdə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Bu döyüş aprelin 7-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.