Azərbaycan cüdoçuları Böyük Dəbilqəni iki medalla başa vurdular
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirini iki medalla başa vurublar.
BEY.AZ xəbər verir ki, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mükafat qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, daha əvvəl Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə ediblər.