fbpx

Azərbaycan Estoniya millisinə məğlub oldu



Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

BEY.AZ-ın məlumatına görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

***

21:32

UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan matçında dördüncü qol vurulub.

BEY.AZ-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar – 3:1.

71-ci dəqiqədə Rokko Robert Şeyn fərqlənib.

***

21:06

UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan matçında ikinci hissə başlayıb.

BEY.AZ-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda öndədirlər – 2:1.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.

***

20:52

UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.

BEY.AZ-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb – 2:1.

Bu qoldan sonra oyunda birinci hissə başa çatıb.

***

20:46

UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan matçında hesab bərabərləşib.

BEY.AZ-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə yığmamız hesaba tarazlıq gətirib – 1:1.

44-cü dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib.

***

20:33

UEFA Millətlər Liqası çərçivəsində keçirilən Estoniya – Azərbaycan matçında hesab açılıb.

BEY.AZ xəbər verir ki, Estoniya 35-ci dəqiqədə fərqlənib. Yakovlev komandasını önə çıxarıb.

***

20:01

UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan matçına start verilib.

BEY.AZ-ın məlumatına görə, C Liqasının I qrupunun görüşü “A.Le Koq Arena”da keçirilir.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin