Azərbaycan futbolunda maraqlı hadisə – Meydana 10 nəfərlə çıxıb, 9:0 uduzdular
Azərbaycan İkinci Liqasının 7-ci turu çərçivəsində baş tutan “Göygöl” – “Füzuli” qarşılaşmasında maraqlı hadisə yaşanıb.
BEY.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, “Füzuli” komandası “Göygöl”lə matça 10 nəfərlə çıxmalı olub.
Səbəb kimi klubun səfər oyununa aparmağa futbolçu tapa bilmədiyi göstərilir.
Bu gün saat 15:00-da Göygöl Olimpiya İdman Kompleksinin stadionunda başlayan görüş ev sahibinin 9-0 hesablı qələbəsi ilə yekunlaşıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |