Azərbaycan geyim idxalına nə qədər pul xərcləyib?
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 251,5 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.
BEY.AZ-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 2% çoxdur.
Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 1,97 %-ni təşkil edib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |