Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının gümüş medalını qazanıb.
BEY.AZ xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Ahmad Vafa ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan R.Məmmədov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc medala sahib çıxmışdı.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |