Azərbaycan klubunda baş məşqçi istefa verdi
Azərbaycan Premyer Liqasında baş məşqçi ayrılığı baş tutub.
BEY.AZ sportinfo.az-a istinadən xəbər verir ki, Azər Bağırov “Araz Naxçıvan”dan getməyə qərar verib.
Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə məğlubiyyətdən (1:2) sonra gənc mütəxəssis getmək istəyini rəhbərliyə bildirib.
Onun müraciəti müsbət qəbul olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.