fbpx

Azərbaycan milliləri Olimpiadada növbəti qələbəsini qazandı



Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gəliblər.

BEY.AZ-ın məlumatına görə, hər iki görüş VII turda baş tutub.

Kişilərdən ibarət seçmə rəqibinə 3:1 hesabı ilə qalib gələrək yarışda 5-ci qələbəsini əldə edib.

Aydın Süleymanlı – Denis Maxnev 1:0
Nicat Abasov – Kazıbek Noqerbek 0,5:0,5
Rauf Məmmədov – Alişer Süleymanov 0,5:0,5
Məhəmməd Muradlı – Ramazan Jalmaxanov 1:0

Qadınlardan ibarət milli isə rəqibinə eyni hesabla uduzaraq olimpiadada ilk məğlubiyyətini alıb.

Günay Məmmədzadə – Bibisara Assaubayeva 0,5:0,5
Ülviyə Fətəliyeva – Meruert Kamalidenova 0:1
Gövhər Beydullayeva – Kseniya Balabayeva 0,5:0,5
Gülnar Məmmədova – Alua Nurman 0:1

Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib – 2:2.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin