Azərbaycan millisi Albaniyaya uduzur
Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda ilk yoldaşlıq oyununu keçirir.
BEY.AZ xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Silvinyonun çalışdırdığı Albaniya millisi ilə qarşılaşır. Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da oynanılan görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Qeyd edək ki, Albaniya millisi Avro-2024-ün final mərhələsində iştirak edəcək komandalardan biridir.
Əlavə edək ki, Azərbaycan millisi 2-ci yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaq. Matç iyunun 11-də keçiriləcək.
Yoldaşlıq oyunu
21:00. Albaniya – Azərbaycan – 1:0 (Birinci hissə)
Qol: Nedim Bayrami, 12
Baş hakim: Mihali Kaprali (Macarıstan)
“Haladas SportKomplexum”, Sombatxey
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |