Azərbaycan parataekvondoçusu qızıl medal qazandı
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
BEY.AZ-ın məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.
Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub.
Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.
***
21:53
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
BEY.AZ-ın məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb. Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |