fbpx

Azərbaycan Prezidenti Aleksandr Lukaşenkoya zəng etdi



Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.

Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin