Azərbaycan Qoşulmama Hərəkatının “sədrlik troykası”nda yer alacaq
Azərbaycan növbəti üç il ərzində Qoşulmama Hərəkatının “sədrlik troykası”nda yer alacaq.
Bu barədə BEY.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, gələn il yanvarın 15-20-də Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək: “Ölkəmiz növbəti üç il müddətində Hərəkatın “sədrlik troykası”nda yer alacaq. Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək”.