Azərbaycan, Rusiya və Çinə səfər edəcəyəm
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Azərbaycan, Rusiya və Çinə səfər edəcək.
BEY.AZ xəbər verir ki, bunu “Sözçü” qəzetinə müsahibəsində bildirib ki, yalnız Avropa İttifaqına (Aİ) daxil olan ölkələrlə əlaqələr qurmur.
Onun sözlərinə görə, səfər edəcəyi hər üç ölkənin rəhbərləri ilə görüşləri baş tutacaq.
“Səfərlər bu gün və ya sabah olmayacaq, amma mütləq olacaq”, – partiya sədri bildirib.
O, müsahibəsində iyunun 9-dan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də vurğulayıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |