fbpx

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib.

BEY.AZ İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib. Məhəmməd Muradlı qara fiqurlarla Samvel Ter-Sahakyanı mat edib. Teymur Rəcəbov isə ardıcıl 4-cü dəfə heç-heçəyə razılaşıb. Daha bir təmsilçimiz Eltac Səfərli də turu yarım xalla başa vurub. Aydın Suleymanlı isə iranlı rəqibinə uduzub.

Bu nəticələrdən sonra Məhəmməd 3 xalla 9-cu pillədə qərarlaşıb. O, liderlərdən yarım xal geri qalır. Hesabında 2 xal olan Eltac 35-ci, Aydın 50-ci, Teymur isə 53-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Şarjah Masters, IV tur
Aydın Suleymanlı – Bardiya Daneşvar (İran) – 0:1
Samvel Ter-Sahakyan (Ermənistan) – Məhəmməd Muradlı – 0:1
Teymur Rəcəbov – Ediz Gürel (Türkiyə) – 0,5:0,5
Vladislav Artemyev (AİN) -Eltac Səfərli – 0,5:0,5



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin