fbpx

Azərbaycan taekvondoçusu finala yüksəldi – FOTO



Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

BEY.AZ xəbər verir ki, 58 kiloqramda mübarizə aparan idmançı finala vəsiqə uğrunda qarşılaşmada italiyalı Vito Akvilanı sınağa çəkib.

Rəqibini 2:0 (9:4, 11:1) hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib.

Onun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin