Azərbaycan vətəndaşlarına “Fələstinə səfər etməyin” xəbərdarlığı etdi – ARMY.AZ
Army.az-a istinadən bildiririk ki
Azərbaycan Xarici İşlər Nazirliyi bölgədəki təhlükəsizlik riski ilə əlaqədar vətəndaşlarına Fələstinə səfər etməmək barədə xəbərdarlıq edib.
Azərbaycan Xarici İşlər Nazirliyi bölgədəki təhlükəsizlik riski ilə əlaqədar vətəndaşlarına Fələstinə səfər etməmək barədə xəbərdarlıq edib.
Nazirliyin bu gün yaydığı bəyanatda Azərbaycan vətəndaşlarına bölgədəki təhlükəsizlik riski səbəbindən vacib səbəblər istisna olmaqla, Fələstinə səfər etməmək tövsiyə olunub.
Bəyanatda Fələstindəki Azərbaycan vətəndaşlarından təhlükəsizlik qaydalarına riayət etmələri və əhalinin sıx məskunlaşdığı ərazilərə getməmələri xahiş olunub.
Nazirlik bundan əvvəl vətəndaşlara Livana getməməyi , Livandakı Azərbaycan vətəndaşlarına isə bu ölkəni tez bir zamanda tərk etməyi tövsiyə etmişdi.
Livandakı Azərbaycan vətəndaşlarından təhlükəsizlik qaydalarına riayət etmələri və əhalinin sıx məskunlaşdığı ərazilərə getməmələri xahiş olunub.
Qəzzada Səhiyyə Nazirliyi bu gün İsrailin 10 aydır davam edən hücumlarında ən az 39 min 623 nəfərin öldüyünü açıqlayıb.
Qəzza zolağında yaralananların sayı ən az 91 min 469 olub.
Mənbə: ARMY.AZ