Azərbaycan XİN Monteneqroya başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insan tələfatı və yaralananlarla əlaqədar başsağlığı verib.
BEY.AZ xəbər verir ki, bununla bağlı XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırıq”, – nazirlik qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |