Azərbaycan yığmaları Olimpiadada növbəti görüşlərini keçirdi
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini keçirib.
BEY.AZ-ın məlumatına görə, Litva ilə qarşılaşan kişilərdən ibarət yığma 1,5:2,5 hesabı ilə uduzub.
Aydın Süleymanlı – Titas Stremaviçius 0,5:0,5
Nicat Abasov – Paulus Pultineviçyus 0:1
Şəhriyar Məmmədyarov – Valeri Kazakovski 1:0
Məhəmməd Muradlı – Tomas Laurusas : 0:1
Vyetnam ilə üz-üzə gələn qadınlardan ibarət milli isə qələbə qazanıb – 2,5:1,5.
Günay Məmmədzadə – Ly Pham 0:1
Ülviyyə Fətəliyeva – Thi Vo 1:0
Gövhər Beydullayeva – Phong Lung 1:0
Xanım Baladjayeva – Nqoc Bax 0,5:0,5
Qeyd edək ki, kişilərdən ibarət yığma buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana uduzub – 1:3.
Qadınlardan ibarət komanda isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib – 2:2.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |