Azərbaycana bu tarixdə vaksin gətiriləcək
Azərbaycana bu ilin sentyabr-oktyabr aylarında qrip əleyhinə vaksinlər gətiriləcək.
BEY.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Qeyd edək ki, Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçirilir. Bunadək ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |