Azərbaycana xaricdən pul köçürmələri 31% azalıb
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 465.2 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 129 milyon manata bərabər olub.
BEY.AZ xəbər verir ki, ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 30.9% və ya 207.6 milyon manat, banklardan xaricə köçürmələr isə 26.2% və ya 45.8 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 3 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 672.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.