fbpx

Azərbaycana xaricdən pul köçürmələri bu qədər azalıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 896.6 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 466.5 milyon manata bərabər olub.

BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 2 milyard 523.3 milyon manat, banklardan xaricə köçürmələr isə 39,2% və ya 300.8 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 9 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 419.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 767.3 milyon manat təşkil edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycana #xaricdən #pul #köçürmələri #qədər #azalıb

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu