Azərbaycana yay fəsli gəldi
Azərbaycana yay fəsli (Yay Günəş duruşu) daxil olub.
BEY.AZ xəbər verir ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olur.
Bu gün ən uzun gündüz və ən qısa gecə yaşanır. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Günəşə qədər məsafə 152.025 milyon km təşkil edəcək. 14 gündən sonra isə – iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində – afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon km olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |