Azərbaycanda ət, süd və yumurta istehsalı artdı
Bu ilin yanvar-iyul aylarında diri çəkidə 331,2 min ton ət, 1312 min ton süd, 1385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub.
Bu barədə BEY.AZ Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb, yun istehsalı 1,6 faiz, barama istehsalı 32,9 faiz azalıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |