Azərbaycanda 16 mənzilli binada partlayış
Xudat şəhərində yaşayış binasında partlayış baş verib.
BEY.AZ bildirir ki, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, iki mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |