fbpx

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa verdi

Rüya Yorumları burda

“Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri İlqar Əfəndiyev vəzifəsindən azad edilir.

BEY.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.

İdarə Heyətinin sədrinin ərizəsinə cəmiyyətin iyunun 8-də keçiriləcək növbədənkənar ümumi yığıncağında baxılacaq və qərar qəbul ediləcək. Onunla əmək müqaviləsinə xitam veriləcək.

Yığıncaqda həmçinin İdarə Heyətinə yeni sədr və üzvlər seçiləcək.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, “Şamaxı Şərab-2” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 650 308 manatdır. ASC-nin hazırda qanuni təmsilçisi İdarə Heyətinin sədri vəzifəsində çalışan İ.Əfəndiyevdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu