fbpx

Azərbaycanda 9 ayda içki və tütünə bu qədər pul xərclənib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 750.7 milyon manatlıq içki və tütün məmulatları satılıb.

BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin sentyabr ayında isə bu göstəricinin həcmi 178.9 milyon manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 85 milyon 78 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu dövrdə ölkədə tütün məmulatlarının istehsalı isə 671.2 milyon manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 447,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 251,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 196,4 manatlıq qeyri-ərzaq malları alıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #ayda #içki #və #tütünə #qədər #pul #xərclənib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu