fbpx

Azərbaycanda ağır qəza baş verdi



Salyan rayonunda ağır yol qəzası baş verib.

BEY.AZ-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri – Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin