Azərbaycanda benzinin qiyməti qaldırılır? – AÇIQLAMA
“Benzinin qiymətinin artacağı ilə bağlı xəbərlər şaiədir”.
Bu sözləri BEY.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, Aİ-92 markalı benzinin qiymətinin də bahalaşacağı gözlənilmir:
“Çünki neftin qiymətinin ucuzlaşması fonunda bu benzinlərin qiymətidə dövlət üçün sərfəlidir. Neftin qiyməti kəskin qalxarsa, bu hal baş verə bilər. Amma indiki halda qiymətin artacağı gözlənilmir”.
İqtisadçı həmçinin vurğulayıb ki, elektromobillərə keçmək üçün dövlət kifayət qədər stimullaşdırıcı addımlar atıb:
“Elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı heç bir vergi rüsumu yoxdur. Hibrid mühərrikli avtomobillərdə də bu cür geniş güzəştlər var. Bu avtomobillərin gətirərkən, 200-300 dollar bəyənnamə xərci olur. Amma daxili yanma mühərriki olan avtomobillərin idxalı zamanı isə kəskin vergilər var. Bundan başqa bu il “Azərişıq” və “Azərenerji”yə sərəncam da verildi ki, elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün şərait yaxşılaşdırılsın”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |