Azərbaycanda bu məbləğlər artırılır
Sabah keçiriləcək Aqrar Subsidiya Şurasının iclasında Azərbaycanda suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi məqsədilə subsidiyanın artırılması məsələsinə baxılacaq.
BEY.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Aqrar Subsidiya Şurası hər il ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının növünə görə subsidiyaların əmsallarını müəyyən edir: “İclasda prioritet hədəflərdən biri idarə edilən suvarma sistemlərinin təşviqinin genişləndirilməsi olacaq. Azərbaycanda idarə edilən suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi daha çox subsidiyanın verilməsi nəzərdə tutur”.
F. Tağıyev qeyd edib ki, ötən il 8 349 hektar ərazinin müasir suvarma ilə təmin edilməsi üçün 19,3 milyon manat subsidiya ayrılıb, bu ilin 6 ayında isə 1 886 hektar ərazi üçün 4,1 milyon manat vəsait sərf edilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |