Azərbaycanda bu məhsul kəskin bahalaşdı
Azərbaycanda mişardaşı kəskin bahalaşıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Qaynarinfo”ya açıqlamasında əmlak eksperti Elnur Əsədov məlumat verib.
Ekspert bildirib ki, mişardaşının qiyməti əvvəlki satış qiyməti ilə müqayisədə 10-15% artıb:
“Bunun səbəbi karxanaların fəaliyyəti ilə əlaqədardır. Karxanaların sayı azalıb. Məhdudiyyətlər var”.
Xatırladaq ki, mişardaşının bir ədədinin qiyməti 45 qəpik idi, bu gün isə 60 qəpiyə təklif olunur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |