Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 10 nəfərə minik avtomobili veriləcək.
BEY.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, avtomobilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi təqdim edəcək.
Həmin sedan tipli sürət qutusu mexaniki olan avtomobillərin buraxılış ili minimum 2022-ci il olacaq.
Agentlik avtomobillərin alışı üçün nəqliyyat vasitələrinin satışını həyata keçirəcək şirkətlə müqavilə imzalayacaq.