fbpx

Azərbaycanda daha 4 şirkət taksi fəaliyyətinə başlaya bilər

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb.

Bu barədə BEY.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət edib.

Taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir. Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir.

“Fərdi məlumatlar haqqında” qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir.

Rüya tabirlerini burdan oku

Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #daha #şirkət #taksi #fəaliyyətinə #başlaya #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu