Azərbaycanda daha bir bank bağlanır
Azərbaycanın yeganə regional bankı olan “Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişir.
BEY.AZ xəbər verir ki, bu barədə ASC özü məlumat yayıb.
Belə ki, “Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edib.
Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi məlumata görə, “Naxçıvan Bank” ASC-nin kredit portfeli “Kapital Bank” ASC-yə ötürülüb. Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması “Naxçıvan Bank”ın lisenziyasının ləğv ediləcəyi demək deyil.
Qeyd edək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 43 999 990 manatdır.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |