Azərbaycanda evə basqın edildi – Ölən və yaralanan var
Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.
BEY.AZ Report-a istinadən xəbər verir ki, Şabranın “Üç sotlar” yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.
İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |