fbpx

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı

Rüya Yorumları burda

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 31,9 faiz artaraq 6,2 min nəfər olub.

Bu barədə BEY.AZ-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 1935,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artıb. Yüklərin 49,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 3319,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2677,0 min tonunu və ya 80,6 faizini tranzit yüklər təşkil edib. 2024-cü il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 197,5 min ton olub.

Ümumilikdə 2024-cü ilin yanvar-mart aylarında nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu