Azərbaycanda geyim və ayaqqabı istehsalı artdı
Bu ilin yanvar-iyul aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 247,8 milyon manat dəyərində məhsul istehsal edilib.
Bu barədə BEY.AZ Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 24,5 faiz, geyim istehsalında 3,8 faiz artım, toxuculuq sənayesində isə 9,8 faiz azalma müşahidə olunub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |