fbpx

Azərbaycanda güclü zəlzələ olacaq? – AÇIQLAMA

Rüya Yorumları burda


“Son günlər bəzi media orqanlarında bu il Azərbaycanda güclü zəlzələlər olacağına dair məlumatlar yayılır”.

BEY.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

O deyib ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq zonasında yerləşir: “Təkcə bizim ölkəmiz deyil, ümumilikdə Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədir. Seysmik aktiv bölgələrdə zəlzələlərin qeydə alınması ərazinin seysmikliyi ilə əlaqədardır və hər gün təkcə bizim ölkəmizdə deyil, bütün dünyadakı aktiv bölgələrdə yüzlərlə kiçik təkanlar qeydə alınır. Bu zəlzələlərin əksəriyyəti xırda təkanlar olduğuna görə Yer səthinə gəlib çatmır və insanlar tərəfindən hiss olunmur”.

Şöbə müdiri qeyd edib ki, bununla belə seysmik bölgələrimizdə vaxtaşırı maqnitudası 4, bəzən 4-dən bir qədər çox, 5 və ya 5-dən bir qədər yüksək olan, insanlar tərəfindən hiss olunan zəlzələlər də qeydə alınır.

“İl ərzində seysmik stansiyalarımız tərəfindən Azərbaycan ərazisində 4000-5000, bəzi hallarda isə 6000-ə yaxın zəlzələ qeydə alınır ki, onların arasında maqnitudası 4-5 olan hiss olunan zəlzələlər də olur ki, bu da yuxarıda qeyd etdiyim kimi ərazimizin aktiv bölgədə yerləşməsi ilə bağlıdır. Yəni burda qeyri-adi və proqnozluq heç nə yoxdur. Bu, bütün seysmik baxımdan aktiv olan bölgələr üçün xarakterik bir haldır.

Rüya tabirlerini burdan oku

O ki qaldı, Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənildiyi barədə “proqnozlara” bildirmək istəyirəm ki, zəlzələ bu günə qədər dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Heç kim deyə bilməz ki, zəlzələ baş verəcək yaxud baş verməyəcək. Çünki bütün dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi ilə bağlıdır.

Odur ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımızı bu cür əsassız məlumatlardan narahat olmasınlar.

Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan Respublikasında zəlzələlərin öyrənilməsi və tədqiqatlarını aparan yeganə dövlət təşkilatıdır.

RSXM-də hazırda 84 seysmik stansiya vasitəsi ilə “real vaxt” rejimində fasiləsiz olaraq respublika ərazisində monitorinq aparılır və alınmış məlumatlar mərkəzin əməkdaşları – alimlərimiz və mütəxəssislərimiz tərəfindən təhlil edilir.

Bununla yanaşı, Mərkəzdə geofiziki, geodinamik və geokimyəvi kompleks tədqiqatlar aparılır. Mərkəz tərəfindən verilən bütün açıqlamalarda biz apardığımız tədqiqatların nəticəsinə istinad edərək, media vasitəsi ilə vətəndaşlarımızı məlumatlandırırıq.

Odur ki, hörmətli həmkarlarımızdan xahiş edirik ki, zəlzələ barədə məlumatlar yayarkən insanlarımızın bu məsələyə qarşı həssas olduğunu nəzərə alsınlar. Çünki heç bir elmi əsası olmayan “proqnozlar”ın yayılması heç bir əsas olmadan insanlarımızda qorxu, təşviş və narahatçılıq yaradır. AMEA nəzdində RSXM olaraq hər zaman mediamızla əməkdaşlığımızdan məmnunuq və əminik ki, bundan sonra da əməkdaşlığımız yüksək səviyyədə davam edəcək”, – o vurğulayıb.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu