Azərbaycanda həkimlərin maaşı açıqlandı – SİYAHI
Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərin orta aylıq əməkhaqqında artım müşahidə olunur.
BEY.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı məlumat verilib.
Bildirilib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl həkimlərin orta aylıq əməkhaqqı 390 manat təşkil edirdi.
“İcbari tibbi sığorta tətbiq edildikdən sonra 2024-cü il üçün həkimlərin orta aylıq əməkhaqqı aşağıdakı kimidir:
Həkim – ümumi cərrah – 3300 manat
Həkim – oftalmoloq – 2400 manat
Həkim – mama-ginekoloq – 3300 manat
Həkim – radioloq – 2500 manat
Həkim – terapevt – 1860 manat
Həkim – kardioloq – 2350 manat
Həkim- travmatoloq – 3600 manat”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |